Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədinin mərkəzi küçələrində iməciliklər keçirilib

03 iyul 2023 | 19:10

Rayonumuzun səliqə-sahmanı, həmişə təmiz olması qarşıda duran ən vacib işlərdən biridir.  Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismarı İdarəsinin kollektivi bütün güclərini səfərbər edərək gecə-gündüz yorulmadan rayonun əksər küçələrində iməciliklər keçirir, təmizlik işləri aparırlar. İdarənin kollektivi növbəti belə təmizlik işini Azərbaycanın Milli Qəhrəmanı, şəhid Namiq Abdullayevin adını daşıyan rayonun mərkəzi küçəsində həyata keçiriblər. Küçənin təmizlənməsi işlərinə cəlb olunmuş Kommunal Xidməti və Mənzil İstismarı İdarəsinin kollektivi ilə yanaşı Ağcabədi Yaşıllaşdırma Sahəsinin əməkdaşları və bir qrup sosial işçilər iştirak ediblər. 2,1 km uzunluğunda olan şəhərin bu küçəsində səkilərdə olan alaq otları, yol kənarında bitən yabanı bitkilər, kol-koslar təmizlənib. Eyni zamanda burada mövcud ağacların budanması, diblərinin yumşaldılması və sulanması işləri də həyata keçirilib. Qeyd edək ki, 100-ə yaxın işçinin cəlb olunduğu təmizlik işlərində toplanan zibillərin ərazidən daşınması prosesi də təşkil olunub. Ənənəvi olaraq adı çəkilən idarə tərəfindən hər həftə keçirilən kütləvi iməciliyin növbəti həftələrdə də digər küçələrdə keçirilməsi nəzərdə tutulur.

Keçidlər