Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədinin Hindarx qəsəbəsində əsaslı təmir olunan məktəbin açılışı oldu

16 mart 2023 | 11:16
Martın 15 - də Ağcabədi rayonun Hindarx qəsəbəsində Etibar İsmayılov adına 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi oldu.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülov, rayon icra hakimiyyətinin məsul işçiləri, məktəbin müəllim və tələbə kollektivi, media nümayəndələri iştirak etdi.
Açılış mərasimindən əvvəl qonaqlar Milli Qəhrəman Etibar İsmayılovun məktəbin qarşısında ucaldılmış büstünü ziyarət edib, önünə tər güllər düzdülər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ardınca məktəbin direktoru Qaryağdı Qarayev 1975 - ci ildə inşa edilmiş binada təmirdən əvvəl tədris üçün şəraitin yaxşı olmadığından və onun yaratdığı çətinliklərdən söz açdı . Mərasimdə digər çıxış edənlər, Tovuz ..... E. İsmayılovun qardaşı Vəfadar İsmayılov, Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülov məktəbin əsaslı təmirində böyük zəhməti olan, elə həmən məktəbin yetirməsi, Vətən müharibəsi qəhrəmanı, Şuşa fatehi, general -mayor Zaur Cavanşirə öz minnətdarlıqlarını bildirdilər.
Sonra məktəbin şagirdləri şeirlər səsləndirdilər.
Yekunda çıxış edən rayon rəhbəri Rafil Hüseynov Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi böyük diqqətdən, bu mühüm amilin dövlət siyasətinin əsas istiqamətləri sırasına daxil olmasından söz açaraq, məktəbin kollektivinə uğurlar arzuladı.
Sonra qonaqlar təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış oldular.
Tanışlıq zamanı bildirildi ki, məktəbdə 39 sinif otağı, 2 laboratoriya, 1 idman zalı, 1 kitabxana, 1 muzey və 2 kompüter otağı var.
Bina istilik, elektrik, lazımi inventar və avadanlıqlarla təmin olunub.
Qeyd edək ki, hazırda məktəbdə 807 şagird təhsil alır.
Keçidlər