Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili şəhid ailələri Şuşada

04 iyun 2023 | 10:52

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində 4 iyun 2023-cü il tarixdə Ağcabədili şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil edilib. Belə ki, bu ilin mart ayının 8-də Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə şəhid anaları Şuşaya səfər etmək arzularını Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova bildirmişdilər. Elə o vaxtdan rayon rəhbərinin tapşırığına əsasən bu işlərə hazırlıq işləri görülmüş, nəhayət, səfərin vaxtı iyun ayının 4-ü üçün müəyyən edilib.

 

Şuşa səfərində şəhid ataları, şəhid anaları və şəhid xanımları ilə bərabər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini - baş həkim Təranə Məmmədova və yerli “Aran” qəzetinin nümayəndələri də iştirak edib.

 

Şəhid ailələri 4 iyun 2023-cü il tarixdə səhər saatlarında Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın digər əməkdaşları, ziyalılar və müharibə qaziləri, veteranların iştirakı ilə Şuşa şəhərinə yola salınıb. Öncə şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər düzüblər.

 

Rayon rəhbəri Rafil Hüseynov bu səfərin məhz şəhid analarının istəyi ilə baş tutduğunu bildirərək, torpaqlarımızı düşmən işğalından azad edən oğulların şücaətindən söz açıb və ziyarətçilərə öz ürək sözlərini çatdıraraq onlara uğurlu yol arzulayıb.

 

Səfər iştirakçıları Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi əməkdaşının bələdçiliyi ilə öncə Cıdır düzü, sonra M.P.Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi, Şuşa qalasını ziyarət edib, xatirə fotoları çəkilib.

Keçidlər