Ağcabədidə Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilir
Zəfər Günü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən noyabrın 7-də rayonunun Muğanlı kəndində tədbir keçirildi. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, YAP -Ağcabədi Rayon Təşkilatının sədri, hüquq – mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.
Dövlət himnimiz səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İcra başçısı Rafil Hüseynov çıxışı zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında düşməni lərzəyə gətirməsindən, ordu, xalq birliyindən söz açdı.
İcra başçısı çıxışında onu da qeyd etdi ki, bugünlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən rayonumuzdan olan 12 şəhid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Daha sonra çıxış edən Millət vəkili Tahir Rzayev və başqaları haqq savaşımızda Azərbaycan Ordusunun öz gücünü bütün dünyaya göstərməsindən söz açdılar, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər.
Tədbir daha sonra Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında davam etdi. Çıxış edən rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında, eləcə də diplomatik arenada göstərilən gücümüzdən söz açdı.
Millət vəkili Tahir Rzayev və şəhid valideynlərinin çıxışlarından sonra tədbir, məktəblilərin ifasında Zəfər gününə həsr olunmuş şeirlərlə davam etdi.
Zəfər günü həmçinin Hacıbədəlli kəndində, birinci və ikinci Qarabağ müharibəsində mərdliklə savaşaraq şəhadətə ucalan kənd şəhidlərinin əziz xatirəsinə inşa edilmiş xatirə bulağının qarşısında qeyd edildi. İcra başçısı Rafil Hüseynov, millət vəkili Tahir Rzayev dəmir yumruğun gücündən, söz açdılar, şəhidlərimizin əbədiyaşarlığını, onların ömür yolunun gələcək nəsillər üçün bir məktəb olduğunu vurğuladılar.Tədbir iştirakçıları daha sonra Ağcabədi Qəhrəmanlar Parkında şəhid Məhəmməd Məmmədovun anım mərasimində iştirak etdilər, onun döyüş yolundan danışdılar, ruhuna dualar oxudular.
Yekunda Zəfər prospektdə ağacəkmə aksiyası keçirildi.