Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirilmişdir.

24 iyun 2022 | 18:19

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Taekvondo idman növü üzrə “Xorvatiya Open” beynəlxalq turnirində və “Koreya Səfiri” kubokunda yüksək nəticələr əldə etmiş Ağcabədi idmançıları ilə görüş keçirmişdir. İdarə rəisi taekvondoçuları qazandıqları yüksək nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni uğurlar arzu etmişdir.

     Qeyd edək ki, 10-11 iyun 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş Taekvondo idman növü üzrə yeniyetmə və gənclər arasında Koreya Səfiri kubokunda taekvondoçularımız  8 medal qazanmışdır ki, onlardan Əliyev Kənan 37 kq, Quluyev Riad  41 kq, Səlimov Vasif 53 kq çəki dərəcələrində I yerə, Behbudzadə Səfər 33 kq çəki dərəcəsində II yerə, Mirzəyev Əli  37 kq, Həsənov Çingiz 41 kq, Abbaszadə Firəngül 41 kq, Kazımov Məhəmməd 53 kq, Həsənov Qəzənfər 61 kq çəki dərəcələrində III yerə laiq görülmüşlər.

     18-19 iyun 2022-ci il tarixlərdə isə Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində keçirilmiş Taekvondo idman növü üzrə “Croatia Open” beynəlxalq turnirində milli yığma komandamızın tərkibində iştirak edən 3 ağcabədili taekvondoçudan 2-si vətənə medalla qayıtmışdır ki, onlardan Səlimov Vasif 53 kq çəki dərəcəsində I yerə, Behbudzadə Səfər isə 33 kq çəki dərəcəsində II yerə laiq görülmüşdür.

Keçidlər