Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə yol hərəkəti zolaqları yenilənir

18 mart 2025 | 15:44
Ağcabədi Rayon Polis şöbəsinin ünvanladığı məktub əsasında Azərbaycan Yolüstü Nəqliyyat Agentliyi tərəfindən rayonun mərkəzi küçə və prospetklərində yol hərəkəti zolaqları çəkilir. Rayonun Zəfər, N.Nərimanov və Ü. Hacıbəyov prospektlərində avtomobil yollarına qoşa xətlər, yol ayırıcı işarələri, yol hərəkətini tənzimləyən, yaxınlıqda döngə və dairələri göstərən ziqzaqlar, enli piyada keçidləri, asfaltkənarı tək xətlər, eləcə də yolqırağı yaşayış evlərinə keçid xətləri çəkilir.
Qeyd edək ki, Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinin işçi qrupu tərəfindən icra edilən işlər rayon mərkəzini əhatə edən, xüsusən piyadalar və avtomobillərin hərəkətinin çoxluq təşkil etdiyi yerlərdə davam edir. Artlıq layihənin ikinci günündə işlər hazırda Heydər Əliyev prospektində həyata keçirilir.
Keçidlər