Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə yeni tədris ili ilə bağlı şəhid övladları ilə görüş keçirilmişdir.

11 sentyabr 2026 | 19:05
 
Yeni tədris ilinin başlanması ilə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhid övladları ilə görüş keçirilmişdir. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAŞAT Fondunun nümayəndələri, şəhid ailələrinin üzvləri və şəhid övladları iştirak etmişlər.
 
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, onlara təhsildə yüksək nailiyyətlər arzulamışdır. Rafil Hüseynov çıxışında ölkəmizdə şəhid ailələrinə və şəhid övladlarına göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
 
Şəhid övladlarının hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və cəmiyyətin fəal üzvləri kimi formalaşması daim diqqətdə saxlanılır. Rayon rəhbəri qeyd edib ki, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən də şəhid ailələrinin sosial-məişət məsələlərinin həlli, onların müraciətlərinə həssaslıqla yanaşılması və şəhid övladlarının təhsilinə dəstək göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rafil Hüseynov çıxışında, həmçinin yeni tədris ilinin başlanması ilə əlaqədar şəhid övladlarına göstərilən maddi dəstək barədə məlumat verərək bildirmişdir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, rayon üzrə 31 şəhid övladının hər birinə məktəbli formalarının, dərsliklərin və ləvazimatların alınması üçün hər bir uşağa 200 AZN yardım göstərilmişdir. Rayon rəhbəri qeyd edib ki, bu cür tədbirlər şəhid ailələrinə və onların övladlarına göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını nümayiş etdirir.
 
Görüş zamanı şəhid ailələrinin üzvləri və şəhid övladları onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, “YAŞAT Fondu”nun rəhbərliyinə və Ağcabədi Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
 
Görüşdə həmçinin şəhid ailələrinə və onların övladlarına göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanmış, qarşılıqlı fikir mübadiləsi aparılmış və onları maraqlandıran məsələlər dinlənilmişdir.
Sonda həmçinin YAŞAT Fondunun “Məktəbli ləvazimatı” layihəsi çərçivəsində Ağcabədi rayonu üzrə 24 şəhid övladına məktəbli ləvazimatları təqdim olunmuş, xatirə şəkli çəkilmişdir.
Keçidlər