Ağcabədidə yeni asfalt-beton örtük Səməd Vurğun və Sabir Novruzov küçəsinə döşənib
Ağcabədidə şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir.Bununla əlaqədar olaraq oktyabrın 17-də rayon rəhbəri Rafil Hüseynov rayonun Səməd Vurğun və Sabir Novruzov küçələrinə yeni salınan asfalt örtüyü ilə tanış olub. İcra başçısı əraziyə baxış keçirən zaman rayon, qəsəbə və kəndlərdə yolların keyfiyyətinin artırılması və əhalinin rahatlığının təmin olunmasının bu baxımdan əsas amil olduğunu diqqətə çatdırıb.
Qeyd edilən küçələrdə avtomobil yolları uzun illər istismara yararsız halda olduğundan həmin yerlərin asfaltlanması üçün əsaslı şəkildə təmirə ehtiyac yaranmışdı. Tikinti norma və standartalarına uyğun olaraq görülən təmir işləri bu ay ərzində yekunlaşdırılaraq sakinlərin bu yolla hərəkəti zamanı yaranmış mövcud çətinlikləri aradan qaldıracaq.
Ənənəvi tikinti qaydasına gəlincə, avtomobil yollarına əvvəlcə qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkimə işləri aparılıb, daha sonra yollara asfalt örtük çəkilib. Bununla da yolboyu vətəndaşların rahat gediş-gəlişi təmin olunub.
Qeyd edək ki, rayonun Səməd Vurğun küçəsində antiterror əməliyyatlarında qəhrəmanlıqla həlak olan şəhid Əlimərdan Qəhrəmanovun adına salınan yolun uzunluğu 1,3 km, Sabir Novruzov küçəsində isə sakinlərin rahatlığı üçün çəkilən yolun uzunluğu 1,4 km ərazini əhatə edir. Ümumilikdə 2,7 kilometr sahəni təşkil edən yolun Eldəniz Sadıqov küçəsinə birləşməsi mühüm əhəmiyyət kəsb edir.