Ağcabədidə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
29 aprel 2024 | 18:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olanması ilə bağlı Ağcabədidə ağacəkmə aksiyaları davam edir. Belə ki, növbəti belə bir aksiya aprelin 27-də Mingəçevir-Bəhramtəpə yolunun kənarında həyata keçirilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan aksiyada Ağcabədi rayon Yaşıllaşdırma və İşıqlandırma idarəsi, Suvarma Sistemləri İdarəsi, Ağcabədi Kommunal Xidməti və Mənzil İstismarı İdarəsi, rayon Baytarlıq idarəsi, həmçinin aksiayaya könüllü qoşulan vətəndaşlar iştirak ediblər.
Təxminən 150 insanın qatıldığı aksiyada 200-ə yaxın ağac, o cümlədən 150-si tuya olmaqla, 50 eldar şamı ağacı əkilərək, sulanıb. Burada ağacların əkilməsi ilə yanaşı, eyni zamanda yolun kənarı və ərazi zərərli alaq otlarından və tullantılardan da təmizlənib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müəyyən olunmuş tədbirlər planına müvafiq olaraq il ərzində belə aksiyaların və müxtəlif tədbirlərin bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur.