Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlara 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
02 iyun 2022 | 16:04
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və Ağcabədi Regional Mədəniyyət Idarəsi, Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftaliyev tədbiri giriş sözü ilə açaraq uşaqları təbrik edib. Qeyd edib ki, uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir.
GTM Qarabağ ofisinin əməkdaşı Ülviyyə Qasımova da uşaqları təbrik edərək, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən qayğıdan bəhs edib.
Uşaqların iştirakı ilə keçirilən tədbir rəngarəng konsert proqramı ilə davam edib.