Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə  Xocalı soyqırımının 33-cü ildönümü qeyd olundu

26 fevral 2025 | 19:00

    Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Ağcabədidə tədbir keçirilib. Öncə rayondakı “Mərasim evi”ndə  rayonda məskunlaşmış Xocalı sakinləri ilə  görüş keçirilib.Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri və media nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin ruhna dualar oxunduqdan sonra icra başçısı Rafil Hüseynov çıxış edib. O, qeyd edib ki, ilbəil Xocalı soyqırımının baş verdiyi gün bizdən uzaqlaşsa da, Xocalı bizə daha da doğmalaşır. Bu soyqırımı xüsusi amansızlıqla həyata keçirilmişdi. O dəhşətli günü heç vaxt unutmayacağıq. Amma bir təsəllimiz var ki, artıq Xocalı azaddır.İşğaldan  azad olunmuş digər  ərazilərimiz kimi Xocalıda da bərpa, quruculuq  işləri görülür.  Ölkə başçısının  Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksin yaradılması ilə bağlı sərəncam imzalamasından da söz açan rayon rəhbəri bu kompleksin faciə qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi, həmçinin  soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıdığını qeyd edib.

  Çay süfrəsi arxasında keçirililən görüşdə müəyyən fikir mübadiləsi aparılıb, faciə qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.

 Sonra tədbir iştirakçıları Ağcabədi Qəhrəmanlar parkını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, abidə kompleksinin önünə tər çiçəklər düzülüb.

 Qeyd edək ki, rayon sakinlərinin iştirakı ilə ziyarət gün boyu davam etdirilir.

 

Keçidlər