Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Xocalı Soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir.

24 fevral 2023 | 19:02

    24 fevral 2023-cü il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Xocalı  soyqırımının 31-ci  ildönümünə  həsr  olunmuş   anım  tədbiri  keçirilmişdir.

    Tədbirdə Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Aynur Babayeva, Ağcabədi Rayon Gənclər və İdman  İdarəsinin  gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov, kollecin direktor müavini Rövşən Bayramov eləcədə kollecin müəllim və tələbə kollektivi  iştirak etmişdir.

    Kollecin akt zalında keçirilmiş anım tədbirdə Xocalı şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

     Ağcabədi  Pedoqoji   Kollecinin  şöbə müdiri Bəxtiyar Əliyev tədbirində məruzə ilə çıxış edərək ermənilərin  zaman-zaman  Azərbaycan  torpaqlarında, eləcədə  Xocalıda   törətdikləri  insanlığa  sığmayan  vəhşiliklərindən  ətraflı  söz  açmışdır.  

      Tədbir zamanı çıxış edən Ağcabədi Rayon Gənclər və İdman  İdarəsinin  əməkdaşı Cavid Bünyadov qeyd etdi ki,  Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsi idi. ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Əgər Ulu Öndər Heydər Əliyev fenomeni olmasaydı kim bilir, bu vandalizm hara qədər davam edəcəkdi.

    İndi ölkə Prezidentinin, Respublikamızın I vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir. Biz inanırıq ki, yaxın gələcəkdə erməni yalanları, hiylələri, saxta göz yaşları artıq keçərli olmayacaq. Çünki artıq Dünya sözünə, vədinə düz, dostluqda sədaqətli Azərbaycan adlı məmləkətlə əməkdaşlığa üstünlük verir. Yaxın, uzaq ölkələrin rəğbətini qazanmış dövlətimiz günü-gündən güclənir.

      Daha sonra Faciə ilə bağlı çıxış edən kollecin direktor əvəzi Aynur Babayeva və müəllimi İldırım Nadirov qeyd etdilər ki, illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib.   

    Çıxış edən natiqlər əminliklə bildirilib ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən digər bölgələrimiz kimi Xocalının da həsrətinə tezliklə son qoyulacaq, sakinlər öz evlərinə dönəcək və Xocalı yenidən qurulacaqdır.

     Tədbirin sonunda Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olunub.

Keçidlər