Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Uşaqların yaşıl dünyası” adlı uşaq yaradıcılıq fevtivalı keçirilib

01 iyun 2024 | 17:12

   İyunun 1-də Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ağcabədi Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil idarəsinin Ağcabədi rayon üzrə Təhsil sektoru, Qarabağ Regional Gənclər və İdman idarəsinin Ağcabədi rayon üzrə Gənclər və İdman sektoru, eləcə Qarabağ Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Uşaqların yaşıl dünyası” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda əsasən şəhid və qazi övladları, fiziki məhdudiyyətli uşaqlar, körpələr evi-uşaq bağçalarının fidanları, rayonun ümumtəhsil  məktəblərinin şagirdləri və valideynlər iştirak ediblər.

Uşaqlar parkın müxtəlif yerlərində öz bacarıqlarını nümayiş etdirmək, əylənmək məqsədi ilə müxtəlif oyunlar və pikniklər təşkil ediblər.

   Bayram tədbirində iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul şəxsləri və təşkilatçı idarələrin rəhbərləri ilk öncə Ulu öndər Heydər Əliyevin parkda ucaldılan büstünü ziyarət ediblər, önünə çiçəklər düzüblər. Bundan sonra rayon rəhbəri yaradıcı uşaqların çəkdikləri rəsm əsərləri ilə tanış olub,  eləcə də təşkil olunan kitab sərgisinə baxıb. Daha sonra rayon idmançıları idmanın müxtəlif növlərində öz bacarıqlarını nümayiş etdiriblər. Tədbirdə həmçinin şəhid övladları parkın müəyyən hissəsində gül kolları əkiblər.

   Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyəti, “ASAN” xidmət Mərkəzi, “Yaşat” fondu, habelə NARmobayl şirkətlər qrupu tərəfindən  “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bir qrup şəhid övladlarına qiymətli hədiyyələr bağışlanılıb. 

   “Uşaqların yaşıl dünyası” adlı uşaq yaradıcılıq festivalında çıxış edən rayon rəhbəri dövlətimizin uşaqların sağlam və qayğısız böyüməsi üçün bütün imkanlardan istifadə etdiyini qeyd edərək tədbirdə iştirak edən uşaqların simasında bütün balalara xoşbəxt, firavan həyat arzu edib.

   Festivalın bədii hissəsində uşaqların ifasında səslənən mahnılar, nümayiş olunan rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər