Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə uşaq və yeniyetmələr üçün günərzi yay düşərgəsi təşkil olunmuşdur.

26 avqust 2022 | 11:13

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 avqust 2022-ci il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən Qarabağ Atçılıq Kompleksində uşaq və yeniyetmələr üçün günərzi yay düşərgəsi təşkil olunmuşdur.

  İlk öncə düşərgə iştirakçılarına kompleksin ərazisində gəzinti təşkil edilmiş, Qarabağ Atçılıq Kompleksinin zootexniki Yaşa Mirəliyev təfindən Qarabağ atları və onların tarixi haqqında ətraflı məlumatlar verilmişdir.

    Sonra  Ağcabədi Rayon Gənclər və İdman İdman İdarəsinin rəisi Rüfət Quliyev düşərgə iştirakçılarını salamlamış və onlara xoş istirahətlər arzu etmişdir. İdarə rəisi çıxışında Gənclər və İdman Nazirliyinin rəhbərliyi altında Respublikamızın müxtəlif şəhər və rayonlarında təşkil edilən yay düşərgələrinin məqsəd və vəzifələrindən söhbət açmışdır.

    Daha sonra  Uğur İdman Klubunun direktoru, MMA idman növü üzrə məşqçi-müəllim, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur Döyüşçü”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlı azad olunmasına görə" medalları ilə təltif edilmiş  ağcabədili idmançı, Vətən müharibəsi əlili Cavid Allahverdiyev gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, necə böyük həvəslə, vətən sevgisi və ruh yüksəkliyi ilə döyüşə atılmaqlarından bəhs edib.

    Tədbirdə Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov çıxış edərək qeyd etdi ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

    Taekvondo idman növü üzrə məşqçi müəllim Əli Əliyev uşaq və yeniyetmələrə ölkəmizdə bədən tərbiyənin və idmanın inkişafı, bu sahəyə yaradılan şəraitdən, idmanla məşğul olmağın faydalardan bəhs etmişdir.

    Düşərgədə uşaq və yeniyetmələri maraqlandıran suallar cavablandırılmış, əyləncəli və yaddaqalan gün keçirlmələri üçün lazımı şərait yaradılmışdır.

Keçidlər