Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə "Uşaq Səfirlər Məclisi"nin nümayəndələri və fəal uşaqlarla görüş keçirilmişdir.

06 mart 2024 | 12:34
Ağcabədidə "Uşaq Səfirlər Məclisi"nin nümayəndələri və fəal uşaqlarla görüş
Martın 4-də Ağcabədidə rayon icra hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə "Uşaq Səfirlər Məclisi"nin nümayəndələri və fəal uşaqlarla görüş keçirilib.
Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb liseydə təşkil edilən görüşdə
RİH başçısı yanında "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə"komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Ülkər Kərimova və ümumtəhsil məktəblərindən seçilən 20 nəfər fəal iştirak edib.
Çıxış edən Ülkər Kərimova fəallara tədbirin məqsədi barədə ətraflı şəkildə məlumat verib. Qeyd olunub ki, 2024-cü il" Yaşıl Dünya naminə həmrəylik ili"dir və il ərzində bununla bağlı bir sıra tədbirlər və layihələr həyata keçiriləcək.
Yekunda fəallarla bir sıra mövzularda qarşılıqlı şəkildə müzakirələr aparılıb.
Qeyd edək ki, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.2-ci bəndinə uyğun olaraq, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könülülər ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Komitə yanında Uşaq Səfirlər Məclisi yaradılmış və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri fəaliyyətə başlamışdır.
Keçidlər