Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ümumrayon tədbiri keçirilib

30 dekabr 2022 | 18:54

Ölkəmizin hər bir bölgəsində olduğu kimi Ağcabədidə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. 

Dekabrın 30-da Heydər Əliyev Meydanında bəzədilmiş “Yolka” ağacının əhatəsində təşkil olunan ümumrayon tədbirində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər. 

Bayram şənliyindən əvvəl ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ümumrayon tədbirində çıxış edən icra başçısı tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik edib, bu ələmatdar günlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, torpaqlarımızın azad edilməsində və ərazi bütövlüyümüzün bərpa olunmasında məhz milli həmrəyliyimizin mühüm rolu olub.

Sonra tədbir musiqili konsert proqramı ilə davam edib. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin hazırladığı rəngarəng musiqi və rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraq və coşğu ilə qarşılanıb. Şaxta baba və Qar qızın tədbirdə iştirakı uşaqların sevincinə səbəb olub. 

Bayram şənliyinin gedişində şəhid və qazi övladlarına hədiyyələr paylanıb. 

Keçidlər