Ağcabədidə Ümummilli liderin Anım Günü qeyd olundu
12 dekabr 2024 | 19:32
Ağcabədidə Ümummilli liderin Anım Günü qeyd olundu
Ağcabədidə 12 Dekabr - Ulu öndər Heydər Əliyevin Anım Günü böyük ehtiramla anılıb. Gün ərzində sakinlər Heydər Əliyev meydanına gələrək ümummilli liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrin komandirləri anım tədbirində iştirak ediblər. Dahi liderin abidəsi ziyarət olunduqdan sonra tədbir Kral şadlıq sarayında davam etdirilib. Burada öncə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “İz” sənədli filmi nümyiş etirilib.
Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı, Vətən müharibəsi iştirakçısı Ruhin Hüseynov sözü Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verib. Rayon rəhbəri Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə göstərdiyi misilsiz xidmətlərdən söz açıb. O, qeyd edib ki, ulu öndər xalqımızın azadlığı, müstəqilliyi üçün hər zaman canından keçməyə hazır olub, biliyini, bacarığnı, ömrünü bu xalqa həsr edib. Bu gün qazandıqlarımıza görə biz dahi liderə hər zaman borcluyuq.
Çıxış bitdikdən sonra rayon ağsaqqalı seyid Əli Əzimov tərəfindən dua oxunub, ehsan süfrəsi açılıb.