Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya həsr olunmuş konfrans keçirilmişdir.

31 yanvar 2023 | 17:46

    31 yanvar 2023-cü il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və olimpiya idman kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Ağcabədi Olimpiya İdman Kompleksində Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya həsr olunmuş konfrans keçirilmişdir.

    Konfransda Ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilmişdir.

      Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov konfransı giriş sözü ilə açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına göstərdiyi misilsiz xidmətlərdən ətraflı bəhs edib.

    Eldəniz Qənbərov əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinə və idmanına xüsusi diqqət və  qayğıdan geniş söhbət açaraq, vurğuladi ki, son illər Ağcabədi idmanında əldə olunan yüksək nəticələr ölkəmizdə olduğu kimi rayonumuzdada  idmanın inkişafının bariz nümunəsidir.

   Konfransda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərraf Nağıyev bildirdi ki, Azərbaycan idmanının inkişafı, xüsusilə müstəqillik dövrünü əhatə edən dövrdəki inkişaf Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ölkədə böhranlı vəziyyətin olmasına baxmayaraq ulu öndər tərəfindən idmana qayğı göstərilib. Ümummilli liderin təklifi ilə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycanda idmanın perspektiv inkişafı üçün atılan uğurlu addım olmuşdur.

    Daha sonra çıxış edənlər Cüdo idman növü üzrə məşçi-müəllim Bayram Novruzov,  MMA idman növü üzrə məşçi-müəllim Əli Əmirxanlı, Sərbəst güləş idman növü üzrə məşçi-müəllim Etibar Qəhramanov, Taekvondo idman növü üzrə məşqçi-müəllimlər Tapdıq Əkbərov və Zöhrab İsmayılov idmançılar üçün yaratdığı şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş və Azərbaycan bayrağının daim zirvələrdə dalğlandırmaq üçün idmançılar adından əllərindən gələni əsirgəmiyəcəklərini vurğulamışdırlar.

Keçidlər