Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ümumrayon konfransı keçirilmişdir.

10 may 2025 | 19:09
10 may 2025-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda ümumrayon konfransı keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, "N" saylı hərbi hissənin komandirləri və hərbiçiləri, şəhid ailələri, qazilər, partiya və ictimaiyyət nümayəndələri, rayonun idarə və təhsil müəssisələrinin rəhbərləri, həmçinin kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Öncə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzülüb, dahli liderin xatirəsi ehtiramla anılıb. Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Burada iştirakçılar Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspinatlarla tanış ediliblər. Tədbir sonra Bayraq Ağcabədi Bayraq Muzeyində davam etdirilib. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin ömür yoluna həsr olunmuş film izləyiblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məruzə ilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov çıxış edib. O, Ümummilli Liderin dövlətçilik fəlsəfəsindən söz açıb, dahi rəhbərin Konstitusiyanın hazırlanmasındakı müstəsna rolunu və ölkənin hüquqi əsaslarının formalaşmasındakı xidmətlərini vurğulayıb, onun düzgün və sarsılmaz siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib.
Daha sonra məruzə ətrafında çıxışlara başlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov dövlət və din münasibətlərinin tənzimlənməsində Heydər Əliyevin xidmətlərindən söz açıb. O, bildirib ki, 1995-ci ildə təsdiq edilən Azərbaycan Respublikasının Konstitusiyasında din-dövlət münasibətləri açıq şəkildə tənzimləndi: dövlətin dini deyil, dünyəvi olması, eyni zamanda vətəndaşların dini inanclarına hörmətlə yanaşılması təmin edildi. Heydər Əliyev bu müddəaların həm hüquqi baza, həm də ictimai şüur səviyyəsində möhkəmləndirilməsinə nail oldu.
1993-cü ildən sonra dini maarifləndirmə, məscidlərin və ibadət yerlərinin bərpası, dini təhsil ocaqlarının yaradılması və beynəlxalq dini dialoqda Azərbaycanın fəal iştirakı da məhz Ulu Öndərin siyasi uzaqgörənliyinin nəticəsi idi.
M. Aranlı adına Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Nuranə Quliyeva, Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, şəhid atası Sabir Sultanov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Eldəniz Qəmbərov isə çıxışlarında Ümummilli Liderin gənclərə, təhsilə, ordu quruculuğuna, hüquqi dövlət ideyasına verdiyi töhfələrdən bəhs ediblər. Onun siyasi irsinin bu gün də Azərbaycan cəmiyyətinin inkişafına işıq tutduğunu xüsusi vurğulayıblar.
Keçidlər