Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Nurlu Ömrün anları” adlı teatr tamaşası nümayiş etdirilib.

13 iyul 2023 | 09:19

İyulun 12-də Ağcabədidə Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Nurlu Ömrün anları” adlı teatr tamaşası nümayiş etdirilib.

Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısının I müavini Xətai Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru, rəssam və musiqi tərtibatçısı İftixar Piriyevdir.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilən tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər