Ağcabədidə “Ümumdünya Statistika Günü” qeyd olundu
16 oktyabr 2025 | 16:29
Oktyabrın 16-da Ağcabədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Oktyabr – Ümumdünya Statistika Günü” ilə bağlı tədbir keçirilıib. Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra başçısının müavini Toğrul Bünyatov, Ağcabədi rayon Statistika idarəsinin rəhbərliyi, həmçinin bələdiyyələr və kənd ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən icra başçısı Rafil Hüseynov Ağcabədi Statistika idarəsinin səmərəli iş fəaliyyətindən geniş danışıb. Əlamətdar gün münasibətilə rayon Statikstina idarəsinin kollektivini təbrik edən rayon rəhbəri onlara öz işlərində uğurlar arzulayıb.
Çıxış edən Ağcabədi rayon Statistika idarəsinin müdiri Elsevər İsmayılov vurğulayıb ki, Birləşmiş Millətlər Assambleyası 2015-ci il 20 oktyabr gününü “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında ikinci Ümumdünya Statistika Günü elan etməyi qərara alıb. Qəbul olunmuş qətnamədə deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-də hər beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010-cu ildə keçirilib. Bu əlamətdar gün bütün dünya ölkələrində, o cümlədən BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir, məlumat mübadiləsi aparır. Bu sahədə əldə olunan naliyyətlər isə dövlətin və hökumətin yüksək qayğısı nəticəsində əldə olunub – deyə Elsevər İsmayılov qeyd edib.
Tədbir statistik məlumatlarla bağlı verilən sualların cavablandırılıması idə davam edib.






