Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

12 dekabr 2022 | 16:54

Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də 12 Dekabr- Ulu öndər Heydər Əliyevin Anım Günü böyük ehtiramla anılıb. Gün ərzində sakinlər Heydər Əliyev meydanına gələrək ümummilli liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Xətai Zeynalov, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri anım tədbirində iştirak ediblər. Dahi liderin abidəsi ziyarət olunduqdan sonra iştirakçılar Heydər Əliyev Mərkəzində olublar. Mərkəzin foyesində ulu öndərin xatirəsinə həsr edilmiş sərgiyə baxış keçirilib. Daha sonra məktəblilər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən lövhələr qarşısında ziyarətçilərə məlumat veriblər.

         Sonda Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin şagirdlərdən ibarət xor kollektivinin ifasında “Sən elə bir zirvəsən” mahnısı səsləndirilib.

Keçidlər