Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə təsərrüfatçılarla yığıncaq keçirilib

07 iyun 2023 | 14:55

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun bu sahələrin hesabına təmin olunması barədə verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Ağcabədidə taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. iyunun 7-də bununla əlaqədar olaraq Ağcabədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib. Yığıncaqda aparatın məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, ölkəmizdə,  o cümlədən rayonda pambıqçılığın və baramaçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq və baramaçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.

İcra başçısı rayonda baramanın tədarükündən də söz açıb. Bildirilib ki, məhsul təhvilində yüksək nəticə əldə edilib və ötən ilin göstəriciləri təkrarlanıb. Məhsul təhvilində xüsusilə Ağcabədi şəhəri, Pərioğullar, Cəfərbəyli, Boyat, Hacıbədəlli və digər kəndlər də fərqləniblər.  Rayon rəhbəri buna görə  kümçüləri təbrik edib və məhsul təhvilində fərqlənən bir qrup fəal kümçülər Fəxri fərmanlarla təltif olunublar.

Sonra kümçülərin qarşılaşdıqları problemlər müzakirə olunub, aidiyyəti şəxslərə tapşırıqlar verilib. Qeyd olunub ki, ipəkqurdu saxlayan kümçülərlə mütəmadi olaraq görüşlər keçirilsin, onlara lazımi dəstək göstərilsin.

Rayon rəhbəri eyni zamanda pambıq istehsalında məhsuldarlığın arıtılması ilə bağlı da tapşırıqlarını verib. Ölkə ərazisində baş verən təbiət hadisələri əkin sahələrində problemlər yaratmasına baxmayaraq, yüksək məhsul əldə edilməsi gözlənilir. Bunun üçün pambıq sahələrinə aqrotexniki qulluq göstərilməli, suvarılma diqqətdə saxlanılmalıdır.

 
Yığıncaqda həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıqdan, taxıl biçən kombaynların vəziyyətindən, biçinin qısa müddətdə və itkisiz başa çatdırlmasından da söz açılıb. Bildirlib ki, biçin zamanı əkin sahələrində təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.

Keçidlər