Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Təmiz ölkəm” adlı növbəti ekoloji aksiya keçirilib.

27 avqust 2023 | 10:16

Avqustun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bərdə-Ağcabədi-Beyləqan magistral yolunun sol hissəsində “Təmiz ölkəm” adlı növbəti ekoloji aksiya keçirilib. Tədbirdə  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon icra hakimiyyəti başçısının  müavinləri, aparatın məsul əməkdaşları, yerli dövlət və digər qurumların nümayəndələri, o cümlədən Qarabağ Regional Hidrometrologiya Mərkəzi və Qarabağ Regional Turizm İdarəsi, 9 saylı Regional Nəqliyyat İdarəsi, Ekologiya İnformasiya İctimai Birliyinin işçiləri iştirak ediblər. Avtomobil yolunun kənarında təmizlik işləri ilə yaxından tanış olan rayon rəhbəri ərazinin müxtəlif tullantılardan təmizlənməsi üçün müvafiq  tapşırıqlarını verib.  

Görüşdə çıxış edən  Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyadov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Oqtay Şahmurov “Təmiz ölkəm” aksiyası çərçivəsində görüləcək işlər və onların əhəmiyyəti haqqında  geniş məlumat veriblər.

Aksiya iştirakçıları tərəfindən plastik tullantılar, polietilen torbalar və digər məişət tullantıları toplanıb. Ümumilikdə 280 kiloqrama yaxın zibil tullantısı yük avtomobilinə yığılaraq, zərərsizləşdirilməsi üçün Ağcabədi rayon poliqonuna daşınıb.

Qeyd edək ki, respublikanın bütün  bölgələrində olduğu kimi, rayonumuzda da bu cür ekoloji aksiyalar davam edir.

Keçidlər