Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Taekvondo üzrə rayon turniri keçirilmişdir.

26 sentyabr 2022 | 10:12

25  sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım Günü"nə həsr olunmuş Taekvondo (PUMSE) idman növü üzrə rayon turniri keçirilmişdir.

    Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən, 56 nəfər idmançının iştirak etdiyi turnir uşaq, yeniyetmə və gənclər arasında keçirilmişdir. Turnirin yekununda I, II, III yerlərə layiq görülmüş taekvondoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər