Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə taekvondo üzrə açıq seminar keçirilmişdir.

15 avqust 2023 | 15:40

15 avqust 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi Rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə taekvondo idman növü üzrə açıq seminar keçirilmişdir. Ağcabədi şəhər 1 saylı tam orta məktəbində baş tutmuş seminarda Ağcabədi və Göyçay rayonlarından 127 nəfər taekvondoçu iştirak etmişdir. Seminarda taekvondo idman növünün incəlikləri şagirdlərə aşılanmış və bu idman növü üzrə qaydaların şərtləri bir daha idmançıların diqqətinə çatdırılmışdır.

Keçidlər