Ağcabədidə Taekvondo (PUMSE) üzrə rayon turniri keçirilmişdir.
16 iyun 2022 | 10:37
15 iyun 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Rizvan” Taekvondo Klubunun idman zalında 15 İyun “Milli Qurtuluş günü”nə həsr olunmuş Taekvondo (PUMSE) idman növü üzrə rayon turniri keçirilmişdir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən, 75 nəfər idmançının iştirak etdiyi turnir uşaq, yeniyetmə və gənclər (oğlanlar, qızlar) arasında keçirilmişdir.
Turnirin yekununda I, II, III yerlərə layiq görülmüş taekvondoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.