Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə taekvondo idman növü üzrə rayon turniri keçirilmişdir.

10 noyabr 2022 | 12:34

  08 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Taekvondo idman növü üzrə uşaq,yeniyetmə və gənclər arasında rayon turniri keçirilmişdir.

   Turnirdə 100 nəfərdən çox taekvondoçu iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçmiş rayon turnirində idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınamışdır.

   Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara diplom və medallar təqdim olunmuşdur.

Keçidlər