Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə su ehtiyatlarından səmərəli istifadə mövzusunda tədbir keçirilib.

16 oktyabr 2025 | 18:03

   Oktyabrın 16-da Ağcabədi Rayon İcra Hakimiyyətində su ehtiyatlarından səmərəli istifadə mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov, Ağcabədi Su Meliorasiya Sistemləri İdarəsinin kollektivi, Sudan İstifadə Birlikləri və bələdiyyə sədrləri iştirak ediblər.

   Toğrul Bünyatov görüşü açıq elan edərək “Su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 10 oktyabr, 2024-cü il 320 nömrəli Sərəncamını diqqətə çatdırıb. O həmçinin qeyd edib ki, strategiyaya müvafiq olaraq hazırlanmış tədbirlər planında adları qeyd olunan bəndlərin icrası vacib məsələrdən biridir.

  Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadə edənlər Birliklərinin fəaliyyətinin artırılması, içməli su təchizatındaitkilərin qarşısının alınması, iqtisadi rayonlar və hövzələr üzrə su infrastrukturunun genişləndirilməsi və yenidən qurulması üçün inkişaf planlarının hazırlanması, inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi sistemlərinin qurulması, qış otlaq sahələrinin su təmimatı sistemlərinin təkmilləşdirilməsi və qış otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının tələblərinə uyğunlaşdırılması, müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsi, su və su təsərrüfat obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, innovativ sutəmizləmə və zərərsizləşdirmə texnologiyalarından istifadənin genişləndirilməsi, eləcə də sel və daşqın hadisələrindən mühafizə tədbirlərinin genişləndirilməsi bəndləri slayd vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.

   Ağcabədi Su Meliorasiya Sistemləri İstismarı idarəsinin rəis müavini Ələddin Məmmədov da mövzu ətrafında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

  Təxminən 40 dəqiqə davam edən tədbir diskussiya şəklində davam edib, müxtəlif fikir mübadiləsi aparılıb.  

Keçidlər