Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir.

10 avqust 2022 | 17:33

09 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş Stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir. Rayon birinciliyi Ağcabədi Olimpiya İdman Kompleksində keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan birincilikdə 31 nəfər iştirak etmişdir.

   Yekun nəticələrə əsasən I, II və III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər