Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

31 mart 2026 | 18:48

Ağcabədi rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar Ağcabədi şəhərində yerləşən Qəhrəmanlar Parkını ziyarət edərək soyqırımı qurbanlarının və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı abidə kompleksi önünə tər gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Mərasimdə 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı hadisələr xatırlanaraq, bu faciənin xalqımızın yaddaşında silinməz iz buraxdığı vurğulanıb.

Keçidlər