Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Son zəng” tədbiri keçirilib

15 iyun 2022 | 09:36

Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonun tam orta məktəblərində də “Son zəng” tədbiri keçirilib. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarıcalı kəndində yerləşən M.Uluxanov adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirinə qatılıb, məzunları və pedaqoji kollektivi təbrik edib.

Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə müəllimlər, məzunlar və onların valideynləri duyğulu anlar yaşayıblar. Daha sonra məktəbin adını daşıdığı şəhid M.Uluxanovun xatirəsi yad edilib.

Məktəbin direktoru bildirib ki, ölkə başçısının diqqəti təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi, uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır.

Rayon rəhbəri çıxış edərək qeyd edib ki, ölkəmizdəki hərtərəfli inkişaf təhsil sahəsindən də yan keçmir. İcra başçısı kənddə bu il istifadəyə verilən 360 yerlik məktəb binasının  Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 4 iyun 2020-ci il tarixli Sərəncamına əsasən həyata keçirildiyini və bunun ölkə rəhbərinin təhsilə verdiyi dərin diqqətin göstəricisi olduğunu vurğulayıb.

R.Hüseynov Sarıcalı kəndində təhsil alan şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığnı da diqqətə çatdırıb.

Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilib. Birincilər məzunları təbrik edib. Vətənpərvəlik mövzusunda şeirlər səsləndirilib, xatirə şəkilləri çəkilib.

 

Keçidlər