Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə SHXÇDX-nin yaranmasının 11-ci ildönümü münasibətilə tədbir keçirilib

14 fevral 2023 | 11:26

Fevralın 13-də Ağcabədi rayonunda SHXÇDX-nin yaranmasının 11-ci ildönümü qeyd edilib. Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək onun abidəsi üzərinə çiçəklər düzüblər. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin kollektivi Qəhrəmanlar Parkına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümünə həsr olunmuş tədbir Ağcabədi Bayraq Muzeyində davam edib. Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin kollektivi, müharibə iştirakçıları, şəhid ailələri, ümumtəhsil  məktəblərinin hərbi rəhbərləri və rayon ziyalıları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılıması şöbəsinin müdiri Xətai Zeynalov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ ofisinin rəhbəri Radə Qafarova, “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Şamxal Səlimov çıxış edərək  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin kollektivini təbrik edib, onlara bundan sonrakı iş fəaliyyətlərində də uğurlar arzulayıblar.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin bir qrup əməkdaşlarına “Yubiley” medalları və Fəxri fərmanlar təqdim olunub. Eyni zamanda bir qrup rayon fəalları şöbə tərəfindən Fəxri fərmanlar və digər hədiyyələrlə mükafatlandırılıblar.

Həmçinin əlamətdar gün münasibətilə öz işlərində xüsusi fəal olan əməkdaşlara Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanları təqdim olunub.

Keçidlər