Ağcabədidə SHXÇDX-nın peşə bayramı qeyd olunub
Ölkə Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv olunaraq, onun əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu münasibətilə hər il fevralın 13-ü respublikamızda dövlət xidmətinin yaranması peşə bayramı kimi qeyd edilir.
Yaranmasının 12-ci ildönümü ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri və Rayon icra hakimiyyətinin məsul işçiləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzərək, xatirəsini hörmətlə anıblar.
Sonra iştirakçılar Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında olublar. Mərkəzin direktor səlahiyyətlərini icra edən Ruhin Hüseynov tərəfindən qonaqlara Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar əsasında məlumat verilib.
Sonda xatirə fotoları çəkilib.
Həmçinin SHXÇDX-nın rayon şöbəsinin əməkdaşları Qəhrəmanlar Parkında uyuyan şəhidlərimizi ziyarət ediblər.