Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Sərbəst güləş üzrə rayon birinciliyi keçirilmişdir.

03 oktyabr 2022 | 11:52

02 oktyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Sərbəst güləş idman növü üzrə Ağcabədi rayon açıq birinciliyi keçirilmişdir. Ağcabədi Olimpiya İdman Kompleksinin güləş zalında baş tutmuş birincilikdə Ağcabədi, Beyləqan, Bərdə, Ağdam, Laçın, Cəbrayıl, Xocavənd rayon komandalarından 150-dən çox idmançı iştirak etmişdir.
Açıq birincilik gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalmışdır. Yekunda şəxsi yarışlarda ayrı-ayrı çəki dərəcələrində I ,II, III yerləri tutan idmançılara diplomlar və medallar təqdim olunmuşdur.

Keçidlər