Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə şəhidin anım mərasimi keçirilib.

13 sentyabr 2023 | 18:26

2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiyaslı təxribat törədilib. 44 günlük müharibədə olduğu kimi bu dəfə də düşmənə layiqli cavab verilib, qarşı tərəf  ciddi itkilərə məruz qalıb.

Təxribat nəticəsində Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub.  Şəhid olan hərbi qulluqçuların biri də 8 ayın əsgəri olan Fərzəliyev Emin Elnur oğludur. Bu gün şəhidimizin torpağa tapşırılmasından 1 il ötür.

Ağcabədi Qəhrəmanlar Parkında  keçirilən anım mərasimində rayon icra hakimiyyətinin, Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, təşkilat və müəssisə kollektivləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov çıxış edərək, qəhrəman əsgər və zabitlərin vətənpərvərliyindən söz açıb. Ş. Orucov  bildirib ki, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımız işğalçılardan azad edilib.

Qeyd olunub ki, onların hər biri qəhrəmanlıq nümunəsidir, xatirələri ehtiramla yad edilir və hər zaman qəlbimizdə yaşayacaq.

Xatırladaq ki, Emin Fərzəliyev 1998-ci il dekabrın 20-də dünyaya gəlib.

2022-ci ilin 12-14 sentyabr təxribatları zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən o, ölümündən sonra “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər