Ağcabədidə şəhidin ailəsi evlə təmin olundu.
27 avqust 2025 | 18:43
Ağcabədi rayonunun Sarıcalı kəndində I Qarabağ müharibəsi şəhidi Habil Baxışovun anası Reyhan Baxışovaya Prezident İlham Əliyevin tapşırığına əsasən dövlətimiz və sosial tərəfdaş tərəfindən yeni yaşayış evi tikilərək təhvil verilib. Bununla əlaqədər olaraq avqustun 27-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə şəhidin 95 yaşlı anası ziyarət olunub. Rayon rəhbəri yeni ev münasibətilə şəhidin ailə üzvlərinin təbrik edib, dövlətimizin şəhid ailələrinə olan diqqətindən danışıb. Şəhid anası Reyhan Baxışova və şəhidin doğmaları göstərilən qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, yeni yaşayış evinin təhvil verilməsi münasibətilə ailəyə ərazlar, o cümlədən lazımi məişət avadanlıqları da təqdim olunub.
Məlumat üçün bildiririk ki, 1972-ci ildə rayonun Sarıcalı kəndində doğulmuş Baxışov Habil Mayıl oğlu 1993-cü ilin fevral ayının 9-da Xocavənd rayonunun Əmirallar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.






