Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Şəhid övladlarına bayram sovqatları çatdırıldı

08 aprel 2023 | 12:03

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq rayonun Yuxarı Qiyaməddinli, Arazbar, Sarvanlar, Minəxorlu, Hüsülü, Hacıbədəli, Avşar kəndlərində və Ağcabədi şəhəri ərazisində yaşayan 24 nəfər şəhid övladları Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, onlara Heydər Əliyev Fondunun bayram sovqatları çatdırılmışdır.

Ziyarət zamanı onlara ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər, ulu öndərin cəmiyyətimizin gələcəyi hesab edilən uşaqlara sonsuz məhəbbəti və şəhid ailələrinə dövlət qayğısı barədə ətraflı məlumat verilmişdir. Şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər