Ağcabədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
19 mart 2026 | 17:59
2026-cı il martın 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağcabədi rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya Mingəçevir–Bəhrəmtəpə magistral yolunun rayonun Aşağı Avşar kəndi ərazisindən keçən hissəsində baş tutmuşdur. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektiv üzvləri, eləcə də şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.
Təxminən 200 nəfərin qatıldığı aksiya çərçivəsində qeyd olunan ərazidə ümumilikdə 400 ədəd ağac əkilmişdir. Əkilən ağaclar arasında 80 ədəd Eldar şamı, 80 ədəd ərik, 80 ədəd alça, 80 ədəd gilənar və 80 ədəd gavalı ağacları yer almışdır. Əkin işlərindən sonra ağaclar suvarılmış, onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilmişdir.
Qeyd olunmuşdur ki, rayon ərazisində ağacəkmə aksiyalarının ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.






