Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Şahmat idman növü üzrə rayon turniri keçirilmişdir.

09 iyun 2022 | 09:01

06-08 iyun 2022-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə UGİŞM-in binasında Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubleyinə həsr olunmuş Şahmat idman növü üzrə oğlanlar  və qızlar arasında rayon turniri keçirilmişdir.

    Turnirin açılş mərasimində Ağcabədi Rayon Gənclər və idman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək  ölkə prezidentimiz cənab İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi xüsusi diqqət və qayğıdan, olimpiyadalarda idmançılarımızın parlaq qələbələrində, əldə etdikləri nəticələrdən ətraflı bəhs etdi.

  Rayon turnirində 46 nəfər iştirak etmişdir.

  Turnirin yekununda I, II və III yerləri tutmuş şahmatçılara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim edilmişdir

Keçidlər