Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə “Şahin“ hərbi-idman oyununun rayon birinciliyi keçirilib

10 aprel 2025 | 19:53
Aprelin 10-da Ağcabədi Olimpiya İdman Kompleksində gənclərin vətənpərvərlik tərbiyəsində məktəblilər üçün müstəsna əhəmiyyəti olan “Şahin“ hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində baş məsul icraçı Rüstəm Xudiyev və digər məsul şəxslər iştirak ediblər.
Tədbirin moderatoru, Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Eldəniz Qəmbərov yarış iştirakçılarını və qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova və Ağcabədi rayonu üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində olan əhəmiyyətindən danışaraq belə yarışların vacibliyini qeyd ediblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon birinciliyində 39 tam orta məktəbin komandaları iştirak edib. Yekun nəticələrə əsasən Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası II yerə, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Məlumat üçün bildiririk ki, rayon birinciliyində 1-ci yerə layiq görülən Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası “Şahin“ hərbi-idman oyununun zona birinciliyində Ağcabədi rayonunu təmsil edəcək.
Keçidlər