Ağcabədidə “Sağlam həyat tərzini təbliğ edək” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilmişdir.
19 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzini təbliğ edək” layihəsi çərçivəsində gənclərlə maarifləndirici görüş keçirilmişdir.
Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuş maarifləndirici görüşü giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov son illər ölkəmizdə sağlam həyat tərzinin təbliğ edilməsi mövzsunda görülən işlərdən, qəbul edilən qanunlardan, Dövlət Proqramlarından danışaraq, tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentlərindən danışıb, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Görüşdə çıxış edən Ağcabədi Olimpiya İdman Kompleksinin əməkdaşı Ramil Quliyev və başqaları narkomanlığın və digər zərərli vərdişlərin dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyandan bəhs etmişdir. Görüşdə vurğulanıb ki, bu gün gənc nəslin savadlı, vətənpərvər ruhda, sağlam böyüməsi hər kəsin qayğısı olmalıdır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, yeniyetmə və gəncləri
maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda sağlam həyat tərzinin təbliğ edilməsi ilə bağlı hazırlanmış bukletlər yeniyetmə və gənclər arasında paylanmışdır.