Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Sağlam həyat” günlərinə start verilib

24 iyun 2024 | 09:53
Ağcabədidə “Sağlam həyat” günlərinə start verilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinini təşkilatçılığı ilə 21 iyun və 22 iyun tarixlərində Ağcabədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Sağlam həyat” günləri təşkil edilib. Layihə Ağcabədidə böyük marağa səbəb olub. Belə ki, tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliğ edilməsi, insanların idmana olan marağının artırılması və eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Keçidlər