Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Regional Konfrans keçirilib

13 iyun 2022 | 18:05

İyun  ayının 13-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününün 29-cu ildönümü münasibətilə “Qurtuluşdan Zəfərə”  mövzusunda  Regional Konfrans keçirilib.

Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi ehtiramla yad edilib.

 Konfransda Milli Məclisin deputatları  Tahir Rzayev, Fatma Yıldırım, Bəxtiyar Sadıqov, Aqil Məmmədov, Mahir Abbaszadə, eləcə də Ağdam, Bərdə, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının YAP sədrləri,  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, həmçinin YAP Ağcabədi rayon təşkilatının ərazi təşkilat sədrləri, YAP fəalları, şəhid ailələrinin üzvləri, qazilər, partiya veteranları, iş adamları və media nümayəndələri iştirak ediblər.

  Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq qonaqları salamlayıb, dəvəti qəbul etdiklərinə görə onlara  təşəkkür edib.  

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın Dövlət Müstəqilliyi uğrunda şəhid olmuş döyüşçülərin  əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra konfrans işinə başlayıb.

Konfransda Milli Məclisin  deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev  “Aqrar sahənin  inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən  biridir” mövzusunda, Milli Məclisin deputatı, Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsinin, Elm, Təhsil Komitəsinin üzvü  Fatma xanım Yıldırım “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində ekoloji amillər” mövzusunda, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi, YAP-ın Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları üzrə kuratoru Elmar Məmmədov “Qurtuluşdan başlayan davamlı inkişaf yolu” mövzusunda, Yeni Azərbaycan partiyası Füzuli rayon təşkilatının sədri Almaz xanım Həşimova “Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur”, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev “Ölkənin siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu”, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı  cənab Rafil Hüseynov “Qurtuluş Böyük Qələbəyə aparan yolun başlanğıcı idi” mövzusunda çıxış ediblər.

Konfransin gedişində zalda əyləşən YAP fəallarının müxtəlif mövzularda verdikləri suallar Millət Vəkilləri Tahir Rzayev, Fatma Yıldırım və  Bəxtiyar Sadıqov tərəfindən cavablandırılıb.

Tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə yekunlaşıb. 

Qonaqlar sonra Ağcabədi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Müraciətlərə Operativ Baxılma Mərkəzinin işi ilə tanış olublar.

 

Keçidlər