Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə rayon rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib.

17 noyabr 2025 | 18:41

Noyabrın 17-də Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında müşavirə keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının, icra başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əməkdaşları, icra hakimiyyəti yanında, tabeliyində olan qurumların rəhbərləri, bələdiyyə sədrləri və media mənsubları iştirak ediblər.

İcra başçısı Rafil Hüseynov müşavirədə çıxış edərək bildirib ki, yığıncaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2025-ci il tarixdə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən verdiyi tapşırıqlardan irəli gələn məsələlərin icrasının təmin edilməsinə həsr olunmuşdur. Qeyd olunub ki, dövlət başçısının bu çıxışı təkcə yeni təyinatlarla bağlı deyil, bütövlükdə yerli icra hakimiyyəti strukturlarının fəaliyyətinə dair aydın istiqamətlər verir. Əlbəttə ki, xalqın rifahı, bölgələrin davamlı inkişafı və dövlət idarəçiliyinin şəffaflığı əsas prioritetlərdən olmalıdır. Rəhbər vəzifəyə təyin olunan hər bir şəxs bu prinsiplərə əsaslanaraq fəaliyyət göstərməlidir.

İcra başçısı  çıxışında həmçinin bildirib ki, Dövlət başçısının tapşırıqları ilə bağlı fəaliyyət proqramlarını və qarşıda duran icbari vəzifələri təsbit edən xüsusi Sərəncam imzalanmışdır. Bu sənəd, qanunvericiliyə uyğun olaraq, rayonda bütün struktur vahidlərinin - rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, rayon İcra Hakimiyyətinin tabeliyində, yanında olan qurumların və bələdiyyələrin hər bir vəzifəli şəxsi üçün əsas iş prinsipi və icra üçün icbari göstəriş hesab olunmalıdır.

Müşavirədə Prezident  İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələlər haqqında ətraflı məlumat verilib. Xalqa xidmət, təvazökarlıq tələbi, təkəbbürlüyün yolverilməzliyi, sosial ədalətin təminatı ilə bağlı geniş danışılıb.

Həmçinin,  hüquqi təmizlik və birbaşa hesabatlılıq, regional inkişafın prioritet istiqamətləri, ekoloji tarazlıq və qanunsuz fəaliyyətin qarşısının alınması, xalqla təmas və etimadın doğruldulması məsələlərinə də diqqət çəkilib,  Ağcabədi Rayon İcra Hakimiyyətinin cari fəaliyyət istiqamətləri, yerli icra hakimiyyəti orqanlarının iş prinsipləri və görüləcək tədbirlərlə bağlı iştirakçılar məlumatlandırılıb. Bildirilib ki, hər bir vəzifəli şəxs vətəndaşlara diqqət göstərməli, onların qayğıları ilə yaşamalı, daim sakinlər arasında olmalı, öz işi və əməyi ilə ona göstərilən etimadı doğrultmalıdır. Hər birimiz bilməliyik ki, fəaliyyətimizin ən ali uğur meyarı məhz xalqın rəğbətini qazanmaqdır. Bizim üzərimizə böyük vəzifə düşür,bütün tapşırıqlar icra üçün icbaridir.

 

Keçidlər