Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

18 noyabr 2022 | 11:28


17 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində “Qeyri-formal məşğulluğun qarşısının
alınması” mövzusunda gənclər arasında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz
Qənbərov çıxış edərək qeyri-formal məşğulluq və onun sosial-iqtisadi inkişafa mənfi
təsirləri haqqında ətraflı söhbət açmışdır. Eldəniz müəllim çıxışında xüsusi olaraq qeyd
etmişdir ki, qeyri-formal məşğulluq kölgə iqtisadiyyatının əsas göstəricisidir. İşçi ilə
qeyri-formal əmək münasibətləri işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən
yayınmaq məqsədinə xidmət edir. Lakin belə hallar bir tərəfdən işçinin gələcək sosial
müdafiə hüquqlarını, pensiya təminatını sual altında qoyur, hətta iş yerində bədbəxt
hadisə zamanı xəsarət aldıqda belə onun köməksiz vəziyyətdə qalmasına səbəb olur.
Digər tərəfdən, qeyri-formal məşğulluq dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurur.
Eyni zamanda, qeyri-formal məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə
olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə,
müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər
vurur.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər