Ağcabədidə “Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan” mövzusunda konfrans keçirilib.
Oktyabrın 13-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında “Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın mütəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verməklə ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına və inkişafa səs vermiş oldu. O da qeyd olunub ki, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb, bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyev ilk dəfə Prezident seçkiləri zamanı xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi bu 20 ildə ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib və ən əsası, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Ərazi Partiya Təşkilatının sədri, Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mahir Səlimov, “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Ağcabədi Pedoqoji Kolleci ərazi Partiya təşkilatının sədri Rövşən Bayramov çıxış edərək qeyd ediblər ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində böyük Zəfərlə sona çatdı. İlham Əliyevin Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycan yenidən ərazi bütövlüyünə qovuşdu, qazanılan Zəfər xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Tədbirdə Ağcabədi şəhər 4 saylı və 11 saylı tam orta məktəbin şagirdləri tərəfindən ulu öndər Heydər Əliyevə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Azərbaycan Ordusuna həsr edilmiş şeirlər səsləndirilib.
Həmçinin partiya işində səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına Fəxri Fərmanlar təqdim edilib.