Ağcabədidə Qarabağ Universitetinin əməkdaşları ilə görüş keçirilib
11 iyun 2024 | 09:52
Ağcabədidə Qarabağ Universitetinin əməkdaşları ilə görüş keçirilib
İyunun 7-də Ağcabədi Bayraq Muzeyində Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli
Sərəncamına əsasən Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin bir qrup
əməkdaşları ilə görüş keçilirib. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, İcra
hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Qarabağ Universitetinin müəllim heyəti, Qarabağ
Regional Təhsil idarəsi Ağcabədi rayonu üzrə Təhsil sektorunun əməkdaşları, rayonun
ümumtəhsil məktəblərinin direktorları, uşaq birliklərinin rəhbərləri, habelə abituriyentlər iştirak
ediblər.
Qarabağ Regional Təhsil idarəsi Ağcabədi rayonu üzrə Təhsil sektorunun direktoru, tədbirin
moderatoru Teymur Qasımov tədbiri açıq elan etdikdən sonra Ulu öndər Heydər Əliyevin, eləcə
də Vətən şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin dekanı Elmar
Mustafayev universitetin rektoru Şahin Bayramovun səmimi salamlarını tədbir iştirakçılarına
çatdırdıqdan sonra yeni yaranan ali tədris müəssisəsi haqqında abutriyentlərə ətraflı məlumat
verib. Qeyd olunub ki, 2024-2025-ci tədris ilində fəaliyyətə başlayacaq Qarabağ universitetində
ödənişsiz təhsillə yanaşı, ödənişsiz yataqxana, hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara
isə əlavə təqaüd təyin olunacaq, tələbələrə peşəkar yerli və əcnəbi professor-müəllim heyəti
dərs deyəcək.
Bunlarla yanaşı, universitetdə idman zalları, stadion inşa edilib ki, bunlar da tələbələrin asudə
vaxtlarının səmərəli keçməsi üçün yaradılan ən gözəl şəraitlərdən biridir. Həmçinin tələbə adını
qazanmış hər kəs bir ədəd kompüterlə təmin olunacaqlar. Tələbələr eyni zamanda burada
əyləncəli və öyrədici festivallarda, təlimlərdə, tədbirlərdə iştirak etmək imkanına da malik
olacaqlar.
Universitetin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə Tanıtım layihəsinin rəhbəri
Nərgiz İsmayılovanın hazırladığı slaytlar üzərində ixtisaslar və fakültələr haqqında geniş
məlumat verib. Bildirilib ki, universitetdə Pedaqoji fakültə, həmçinin İqtisadiyyat, Humanitar və
sosial elmlər, mühəndislik, incəsənət və turizm fakültələri üzrə bir çox sahələri əhatə edən
ixtisaslar tədris olunacaq.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov belə görüşün
Ağcabədidə keçirildiyi üçün universitetin əməkdaşlarına öz minnətdarlığını bildirib. Rayon
rəhbəri həmçinin tələbə adı uğrunda imtahanlara hazırlaşan bütün abuturiyentlərə uğular
dilməklə yanaşı, onlara Qarabağ universitetinin tələbəsi adını qazanmalarını arzulayıb.
Görüş qarşlıqlı sual-cavab şəklində davam edib. Universitetin müəllimləri abituriyentləri
maraqlandırın sualları ətraflı şəkildə cavablandırıblar.
Sonda tədbir iştirakçılarına “Gələcəyini Qarabağ Universiteti ilə qur” adlı broşürlər paylanıb.
Qeyd edək ki, yeni yaradılmış Qarabağ universitetində dərslərin bu ilin 15 sentyabr tarixindən
başlanması nəzərdə tutulur.