Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Qarabağ bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib

22 iyul 2022 | 08:15

Ağcabədidə 22 İyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsində fəaliyyət göstərən nümayəndələri və “Aran” qəzetinin kollektivi ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon haqqında geniş məlumat verib, həyata keçirilən kənd təsərrüfatı işlərindən, taxılçılıq, pambıqçılıq, barama istehsalı sahəsində fermerlərin əldə etdikləri uğurlardan, rayonun respublikada qabaqcıl yerlərdən birini tutmasından ətraflı söhbət açıb. R. Hüseynov ağcabədililərin Vətən müharibəsi zamanı göstərdikləri misilsiz qəhrəmanlıq nümunələrdən, bölgədə qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan da bəhs edib.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında media nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Görüşdə çıxış edən KİV nümayəndələri səmimi görüş və xoş təbrik sözləri üçün minnətdarlıqlarını bildiriblər.

https://azertag.az/xeber/2224151

Keçidlər