Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə qanvermə aksiyası keçirilib

22 dekabr 2022 | 16:30

Dekabrın 21-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən həyata keçirilib. Aksiyada Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Xətai Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi və rayon ictimaiyyəti iştirak edib.
“Talessemiyasız həyat naminə” layihəsi əsasında keçirilən qanvermə aksiyasının əsas məqsədi qana ehtiyacı olan talessemiya xəstələrinin, habelə emofiliya xəstələrinin müalicəsində istifadəsi, eyni zamanda qan ehtiyatının artırılmasıdır. Aksiyada hər kəs həkim müayinəsindən keçib və yüz nəfərdən artıq şəxs qan verib.


Qeyd edək ki, Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilən qanvermə aksiyası respublikanın bütün şəhər və rayonlarını əhatə edir.

Keçidlər